
"Bayern Münhen"in ingilis hücumçusu Harri Keyn Səudiyyə Ərəbistanından gələn fantastik transfer təklifini geri çevirib.
Fanat.Az "Express" nəşrinə istinadən xəbər verir ki, təcrübəli qolçu "Əl-Hilal" klubunun illik 100 milyon avroluq maaş təklifini rədd edib.
Ulduz futbolçu karyerasını Avropada davam etdirmək niyyətində olduğunu nümayiş etdirib.
O, Almaniya təmsilçisinin rəhbərliyinə müraciət edərək "Bayern Münhen"də qalmaq istədiyini bildirib.