
Bayern Münhen"in sabiq yarımmüdafiəçisi Leon Qoretska karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, sözügedən futbolçu "Aston Villa" klubu ilə danışıqlara başlayıb.
Yazılanlara inansaq, keçidin reallaşmaq ehtimalı yüksəkdir.
31 yaşlı Qoretska ötən mövsüm bütün turnirlərdə 48 matça çıxaraq 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 12 milyon avro məbləğində dəyərləndirir.
Toğrul