
İtaliya A Seriyası təmsilçisi "Yuventus" orta sahəni gücləndirmək üçün iddialı bir addım atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Turin klubu "Barselona"nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqu transfer siyahısına salıb.
Ötən mövsüm 38 matçda 8 məhsuldar ötürmə edən və hər oyuna 94% pas dəqiqliyi göstərən ulduz futbolçu "Yuventus"un əsas hədəfinə çevrilib.
Turin təmsilçisinin bu transfer üçün böyük büdcə ayırmağa hazır olduğu qeyd olunur.