
İngiltərə nəhəngi "Mançester Siti" Braziliya çempionatında çıxış edən gənc ulduz Allanı radarına alıb.
Fanat.Az "UOL Esporte"yə istinadən xəbər verir ki, "şəhərlilər" "Palmeyras"ın 21 yaşlı yarımmüdafiəçisi üçün 35 milyon avroluq rəsmi təklif hazırlayır.
Braziliya klubu da oyunçunun komandadan ayrılmasına müsbət yanaşır.
Danışıqların yaxın həftələrdə rəsmiləşəcəyi gözlənilir.