
"Lids Yunayted" hücum xəttini gücləndirmək məqsədilə "Çelsi"nin vingeri Mixailo Mudriki transfer siyahısına daxil edib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, klub ukraynalı futbolçunu icarəyə götürmək üçün imkanları araşdırır.
Baş məşqçi Daniel Farke komandada sol cinah hücumçusu mövqeyini keyfiyyətli oyunçu ilə gücləndirməkdə kararlıdır.
"Çelsi"nin də az forma şansı tapan futbolçunun icarəyə verilməsinə isti baxdığı bildirilir.