
İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" Gürcüstanın U-21 millisinin üzvü Andria Bartişvilini heyətinə qatmaq üçün hərəkətə keçib.
Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, "topçular" "Kolkheti" klubunda çıxış edən 17 yaşlı hücumçuya rəsmi ön-müqavilə təklifi təqdim ediblər.
Oynamaq üslubu və texnikası ilə həmyerlisi Xviça Kvaratsxeliyaya bənzədilən gənc yetirmə böyük klubların diqqət mərkəzindədir.
London təmsilçisi futbolçunun müqaviləsi bitən kimi onu komandaya cəlb etməyi planlaşdırır.