
"Portu" və "Milan" klubları arasında transfer danışıqları davam edərkən Santyaqo Ximenes fərdi məşqlərini sürdürür.
Fanat.Az xəbər verir ki, hücumçu iki nəhəng klubun razılığa gəlməsini gözlədiyi üçün hazırlıqlarını təkbaşına aparır.
Tərəflərin müqavilə şərtləri üzərində razılıq əldə etməyə çox yaxın olduğu bildirilir.
Transferin yaxın günlərdə rəsmən həll olunacağı və futbolçunun Portuqaliyaya yollanacağı gözlənilir.