
Qana Futbol Federasiyası "Barselona"nın gənc vingeri Yess Bisivunun onların əsas milli komandasında çıxış etməsini istəyir.
Fanat.Az "SPORT" nəşrinə istinadən xəbər verir ki, futbolçu aşağı yaş qruplarında Belçika yığmasının şərəfini qorusa da, Qana tərəfi aylardır onunla təmasdadır.
Federasiya rəsmiləri 17 yaşlı istedadı "AFCON 2027" turniri üçün heyətə cəlb etmək niyyətindədir.
Futbolçunun yekun qərarının yaxın zamanlarda bəlli olacağı gözlənilir.