
"Selta Viqo" klubu "Valensiya"nın yarımmüdafiəçisi Andre Almeydanı transfer etmək üçün fəal danışıqlar aparır.
Fanat.Az "Tribuna Deportiva"ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu artıq Viqo təmsilçisi ilə şəxsi müqavilə şərtlərində razılıq əldə edib.
Klublar arasında keçidin təxminən 3.5 milyon avro qarşılığında baş tutacağı gözlənilir.
Transferin detalları tamamlandıqdan sonra müqavilənin rəsmən elan ediləcəyi bildirilir.