
"Kristal Pelas"ın hücumçusu Jan-Filipp Mateta klubu ilə yaşadığı müqavilə mübahisəsini FİFA-ya daşıyıb.
Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, fransalı forvard sözləşməsinin opsiyayla uzadılan son ilinin etibarsız olduğunu iddia edir.
Klub rəhbərliyi opsiyanı işə salaraq müqaviləni uzatsa da, futbolçu bu qərarla razılaşmır.
FİFA-nın məsələ ilə bağlı yaxın vaxtlarda yekun qərarını açıqlayacağı gözlənilir.