
İtaliyanın "Bolonya" klubu "Portu"da çıxış edən Dominik Prpiçi heyətinə qatmaq niyyətindədir.
Fanat.Az jurnalist Niko Skiraya istinadən xəbər verir ki, A Seriyası təmsilçisi xorvatiyalı müdafiəçini satın alma bəndi ilə icarəyə götürmək üçün danışıqlara başlayıb.
Müdafiə xəttini möhkəmləndirmək istəyən "Bolonya" rəhbərliyi müqavilənin detallarını yekunlaşdırmağa çalışır.
Futbolçunun da İtaliya çempionatında oynamaq variantına isti baxdığı bildirilir.