Tanınmış aktyora şok təklif

Tanınmış aktyora şok təklif

"Ted Lasso" serialının baş qəhrəmanı, tanınmış aktyor Ceyson Sudeykis real futbolda baş məşqçilik etmək üçün gözlənilməz dəvət alıb.

Fanat.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, Litvanın "Jalgiris" klubu amerikalı aktyora qadın komandasını bir həftə sonu ərzində idarə etməyi təklif edib.

Təklifə əsasən, Sudeykis komandanın taktiki hazırlığına, məşq prosesinə rəhbərlik edəcək və çempionat matçında texniki zonada yer alacaq.

Bu maraqlı təşəbbüsün rəsmi oyunda həyata keçirilib-keçirilməyəcəyi futbol ictimaiyyətinin böyük marağına səbəb olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər