
"Portu" klubu "Renn"in (Fransa) yarımmüdafiəçisi Seku Fofananı icarəyə götürüb.
Fanat.Az xəbər verir ki, məlumatı Portuqaliya təmsilçisinin mətbuat xidməti yayıb.
Fil Dişi Sahili millisinin 31 yaşlı futbolçusu 2027-ci ilin yayına qədər "əjdahalar"ın formasını geyinəcək.
Fofana 2025-ci ildən "Renn"də çıxış edir və onun Fransa klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin 30 iyun tarixinədək nəzərdə tutulub.
Sözügedən yarımmüdafiəçi geridə qalan "futbol ili"ndə Liqa 1-də keçirdiyi 12 matçda 1 qola imza atıb. O, Avropa Liqasında 4 oyunda meydanda çıxsa da, hesabına qol və ya məhsuldar ötürmə yazmağı bacarmayıb. "Transfermarkt" portalı Sekunun transfer qiymətini 8 milyon avro məbləğində dəyərləndirir.
Toğrul