
"Arsenal" transfer pəncərəsi bağlanmazdan əvvəl hücum xəttini gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, London klubu "Real Madrid"in 20 yaşlı braziliyalı hücumçusu Endrik ilə bağlı yeni sorğu göndərərək marağını artırıb.
Bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Məlumata görə, gənc ulduz "topçular"ın ona olan marağından xəbərdardır və "Real Madrid" bu mövsüm onu heyətdə artıq yük kimi görərsə, "Arsenal"a keçmək variantına olduqca müsbət yanaşır.