
Məşhur Mersisayd təmsilçisi heyətini yeni hücumçu ilə gücləndirmək üçün növbəti addımını atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, "Liverpul" klubunun İsmayıl Sarr üçün etdiyi 52 milyon funt-sterlinqlik ilk təklifi "Kristal Pelas" tərəfindən rədd edilib.
Buna baxmayaraq, "qırmızılar" təslim olmaq niyyətində deyil və yaxın vaxtlarda yeni təklif göndərməyi planlaşdırır.
2031-ci ilə qədər müqavilə imzalamaq üçün ulduz vinger ilə razılıq əldə olunub.