Messi şou göstərib Jairi haqladı

Messi şou göstərib Jairi haqladı

ABŞ-nin "İnter Mayami" komandasının superulduzu Lionel Messi MLS-in müntəzəm çempionatının matçında cərimə zərbələrindən 2 qol vuraraq sabiq braziliyalı futbolçu Jairə çatıb.

Fanat.Az "Sudanalytics" statistika portalına istinadən xəbər verir ki, 39 yaşlı argentinalı hücumçu "Monreal"a 7:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada poker edib.

O, karyerası ərzində cərimə zərbələrindən 74-cü qolunu vurub və bu nəticə ilə braziliyalı Jairlə birlikdə ikinci yeri bölüşdürür. Siyahıda birinci yerdə Marselinyo Karioka (78 qol) qərarlaşıb. Dördüncü sırada Roberto Dinamite (73 qol), beşinci pillədə isə Juninyo Pernambukano (72 qol) mövqe tutub.

Qeyd edək ki, 2026 mövsümündə 23 matçda meydana çıxan Leo 21 qol  və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər