
İspaniya nəhəngi "Real Madrid" yay transfer pəncərəsinin son günlərində heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək variantını nəzərdən keçirir.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi İtaliyanın "Roma" klubunda çıxış edən 25 yaşlı fransalı yarımmüdafiəçi Manu Koneni yaxından izləyir.
Lakin fransalı futbolçunun "Santyaqo Bernabeu"ya transferi "Real"ın mövcud yarımmüdafiə xəttindən hansısa vacib bir oyunçunun satılmasından asılı olacaq.
İspaniya klubunun skautları gənc ulduzun fiziki gücünü yüksək qiymətləndirsələr də, transferin baş tutması üçün komandada yer boşalması şərtdir.