
"Qalatasaray" "Real Madrid"in dünyaca məşhur yarımmüdafiəçisi Eduardo Kamavinqanı rənglərinə bağlamaq üçün rəsmi danışıqları sürətləndirib.
Fanat.Az "Fotomaç" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu bu transfer üçün məşhur menecer Corc Qardiyə geniş səlahiyyətlər verib.
Qardi 23 yaşlı fransalı ulduzun icarəyə götürülməsi məqsədilə Madrid klubu ilə birbaşa təmaslar qurub.
"Sarı-qırmızılılar" güclü heyət qurmaq çərçivəsində bu keçidi yaxın günlərdə həll etməyi planlaşdırır.