
"Vulverhempton" Premyer Liqa nəhənglərinin gənc ulduzuna olan marağını geri çevirib.
Fanat.Az "TEAMtalk" portalına istinadən xəbər verir ki, klub transfer pəncərəsinin son günündə "Liverpul" və "Mançester Yunayted"in 18 yaşlı Mateus Mane üçün etdiyi təklifləri rədd edib.
"Liverpul" gənc futbolçunu birbaşa almaq və ya alıb geri icarəyə vermək variantlarını nəzərdən keçirsə də, "canavarlar" oyunçunun satılıq olmadığını qətiyyətlə bildirib.
Müdafiəçinin komandada saxlanılması klubun gələcək layihəsinin əsas hissəsi kimi qiymətləndirilir.