
Türkiyə Super Liqasının 4-cü turunda keçirilən "Fənərbağça" - "Beşiktaş" matçını tribunadan izləyən azarkeşlərdən biri vəfat edib.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürəktutmadan həyatını itirib.
Hər iki klub Gerçekin ailəsinə və yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, "Beşiktaş" qonaq qismində çıxdığı İstanbul derbisində 2:1 hesablı qələbə qazanıb.