
İngiltərə Premiyer Liqasının nəhənglərindən olan "Liverpul" tarixi bir sponsorluq anlaşmasına imza atmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, Mersisayd təmsilçisi "Türk Hava Yolları" şirkəti ilə 300 milyon funt-sterlinqlik forma sponsorluğu müqaviləsi bağlamaq üzrə razılıq əldə edib.
Bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Növbəti mövsümdən qüvvəyə minəcək 5 illik bu anlaşma Premiyer Liqa tarixinin ən gəlirli forma önü sponsorluq müqaviləsi kimi qiymətləndirilir.