
"Betis"in yarımmüdafiəçisi İsko UEFA Çempionlar Liqasında rekorda imza atıb.
Fanat.Az ispaniyalı jurnalist və futbol statistikası eksperti Aleksis Martin-Tamayoya (MisterChip) istinadən xəbər verir ki, 34 yaşlı oyunçu bu turnirdə eyni ölkənin 5 müxtəlif komandasının heyətində meydana çıxan ilk futbolçu ünvanına sahib çıxıb.
Təcrübəli orta xətt oyunçusu buna turnirin Liqa mərhələsində Fransa "Lill"inə 3:2 hesabı ilə qalib gəldikləri matçda start heyətində yer almaqla nail olub.
O, daha öncə qitənin ən mötəbər klub turnirində "Valensiya", "Malaqa", "Real" və "Sevilya"nın forması ilə də tər töküb.
Nihat