
Fransalı hücumçu Entoni Marsial İspaniya təmsilçisi "Malaqa"nın transfer gündəminə düşüb.
Fanat.Az məşhur insayder Matteo Morettoya istinadən xəbər verir ki, hazırda azad agent statusu daşıyan 30 yaşlı forvard İspaniya klubuna təklif edilib.
"Malaqa" rəhbərliyi təcrübəli hücumçunu heyətə qatmaq variantını və onun maliyyə şərtlərini diqqətlə dəyərləndirir. "Mançester Yunayted" və "Sevilya" kimi klubların formasını geyinmiş futbolçunun yenidən İspaniyaya qayıtmaq ehtimalı yüksək qiymətləndirilir.
Transferlə bağlı son qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.