
UEFA çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində dünən öz meydanında "Slovan"ı 6:1 hesabı ilə üstələyən PSJ-nin baş məşqçisi Luis Enrike qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini klubun rəsmi saytı belə çatdırıb:
"Yeganə neqativ məqam buraxdığımız qoldur, amma ümumilikdə komandadan çox razıyam. Düşünürəm ki, hamı bu komandaya inanır. Xüsusilə bu mövsüm bizi nələr gözlədiyini anlayan azarkeşlərimiz...
Burada olduğumuzu, öz turnirimizdə mübarizə apardığımızı göstərdik".
Qeyd edək ki, PSJ növbəti turda "Mançester Siti" ilə qarşılaşacaq.
Nihat