
"Mançester Yunayted" və "Tottenhem" Belçika təmsilçisi "Brügge"nin gənc hücumçusu Nikolo Tresoldini transfer siyahısına salıb.
Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki, hər iki İngiltərə klubunun skautları çərşənbə akşamı 22 yaşlı forvardın oyununu canlı izləmək üçün Belçikaya yollanıblar.
Komandasının "Aston Villa"ya 2:3 hesabı ilə uduzduğu matçda Tresoldi penaltidən fərqlənməyi bacarıb.
Premyer Liqa təmsilçilərinin gənc hücumçu üçün növbəti transfer pəncərəsində rəsmi addım atacağı gözlənilir.