
"Fənərbağça" rəhbərliyi müdafiəçi Mert Müldürün gələcəyi ilə bağlı addım atmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda müqaviləsi bitəcək milli futbolçu ilə yeni anlaşma imzalamaq istəyir.
Məşqçilər korpusunun performansından razı qaldığı 27 yaşlı oyunçuya yaxın günlərdə yeni təklif təqdim olunacaq.
Tərəflər arasında danışıqların müsbət məcrada davam etdiyi vurğulanır.