
A Seriyası təmsilçisi "İnter" mövsümün sonunda müqaviləsi başa çatacaq Hakan Çalhanoğlu ilə bağlı qərarını verib.
Fanat.Az xəbər verir ki, Milan klubu 32 yaşlı türkiyəli yarımmüdafiəçinin meneceri ilə danışıqlara başlamağı planlaşdırır.
Transfer dəyəri 16 milyon avro olan Hakanın komandada saxlanılması prioritet hesab olunur.
Yaxın günlərdə tərəflər arasında rəsmi görüşün keçiriləcəyi bildirilir.