
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu karyerasında görünməmiş bir yeniliyə imza atmağa hazırlaşır.
Fanat.Az "A Bola" nəşrinə istinadən xəbər verir ki, təcrübəli hücumçunun da yer aldığı 5 nəfərlik nəhəng konsorsium "Əl-Nəsr" klubunu satın almaq üçün rəsmi danışıqlara başlayıb.
İnvestorlar qrupunda Ronaldu ilə yanaşı "Milan"ın sahibi olan "RedBird Capital"ın rəhbəri Ceri Kardinale də yer alıb. Layihə çərçivəsində konsorsiumun 5 üzvünün hərəsinin təxminən 100 milyon avro (ümumilikdə 500 milyon dollar) sərmayə qoyacağı gözlənilir.
Müqavilə rəsmiləşəcəyi təqdirdə, 41 yaşlı Ronaldu həm "Əl-Nəsr"in meydandakı lideri, həm də klubun həmsahibi olacaq. Yaxın 48 saat ərzində konsorsium nümayəndələri ilə Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) arasında həlledici görüşün keçiriləcəyi bildirilir.