
Kataloniya "Barselona"sı hücum xəttini dunya səviyyəli bombardirlə gücləndirmək üçün genişmiqyaslı transfer planlarını hazırlayır.
Fanat.Az "talkSPORT"a istinadən xəbər verir ki, klub rəhbərliyi Harri Keynin "Bavariya" ilə müqavilə danışıqlarını diqqətlə izləyir.
Hazırda "Atletiko Madrid" forması geyinən Xulian Alvares kataloniyalıların əsas transfer hədəfi olaraq qalır.
Lakin argentinalı hücumçunun keçidi baş tutmazsa, "Barsa" alternatif olaraq Harri Keyn və Erlinq Holand variantlarını nəzərdən keçirəcək.