
"Real Madrid"in gənc hücumçusu Endrik yanvar transfer pəncərəsində komandasını müvəqqəti dəyişə bilər.
Fanat.Az "Diario AS"a istinadən xəbər verir ki, 20 yaşlı braziliyalı forvardla yaxından maraqlanan klublar arasında "Mançester Yunayted" də var.
Madrid klubunun sıx heyətində kifayət qədər şans qazana bilməyən gənc istedad daha çox oyun praktikası əldə etmək niyyətindədir. İspaniya təmsilçisi də futbolçunun inkişafı üçün onun başqa komandaya icarəyə verilməsinə müsbət yanaşır.
İngiltərə nəhəngi isə hücum xəttindəki rəqabəti artırmaq üçün braziliyalı ulduzu mövsümün ikinci yarısı üçün heyətinə qatmağı planlaşdırır