
"Brayton"un baş məşqçisi fabian Hürtseler İngiltərə Liqa Kubokunun 3-cü mərhələsində "Mançester Yunayted" üzərində qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, onun dünən baş tutan matçdan sonra dediklərini BBC belə çatdırıb:
"Oyuna yaxşı başladıq. İki asan qol buraxsaq da, planımıza sadiq qaldıq. Problem çox hirslənməyimizlə bağlı idi... Çox sayda texniki səhvə yol verdik. Əlbəttə 0:2-dən sonra iki yoldan birini seçməlisən: ya matçın bitdiyinə qərar verməli, ya da inamı itirməməlisən. Hə, özünə və komanda yoldaşlarına inanmalısan! Getdikcə daha yaxşı görünməyə başladıq. Layiqli qələbə qazandıq".
Nihat