
"Qalatasaray" zədədən yeni qayıdan ulduz hücumçusu Viktor Osimhenin Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunlarında iştirak etməməsi üçün Nigeriya Futbol Federasiyasına müraciət edib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı hücumçunun yenidən zədələnməməsi və bərpa prosesinin tam tamamlanması üçün bu addımı atıb.
Lakin Nigeriya tərəfi Madaqaskar və Qvineya-Bisau ilə matçların böyük əhəmiyyət kəsb etdiyini bildirərək "aslanlar"ın bu xahişini geri çevirib. Milli komandanın məşqçilər korpusu bu vacib qarşılaşmalarda ulduz forvardın xidmətindən istifadə etməkdə qərarlıdır.
"Qalatasaray" azarkeşləri isə hücumçunun milli komandadan zədəsiz dönməsini arzu edir.