
"Barselona"nın cinah hücumçusu Lamin Yamal hansı Avropa klublarının oyunlarını izlədiyi barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Movistar" belə çatdırıb:
"Real"ı izləyirəm. İstəyirəm ki, onlar həmişə uduzsunlar.
PSJ-nin də Çempionlar Liqasındakı oyunlarına baxıram. Fransa təmsilçisinin rəqiblərini necə əzdiklərini görmək xoşdur.
"Bayern Münhen"? Almaniya çempionatında həqiqətən dominantlıq etdiklərini bildiyim üçün onları izləməyi sevmirəm. "Bayern"in heç Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi matçları da seyr etmirəm. Çünki məndə belə bir hiss var ki, onlar həmişə rəqiblərindən üstün oynayırlar. PSJ-nin "Bayern"lə oyunu möhtəşəm idi".
Nihat