
"Napoli"nin 35 yaşlı yarımmüdafiəçisi Kevin De Bröynenin aqibətinin necə olacağı bəllidir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Məlumata görə, Neapol təmsilçisinin belçikalı ulduzla apardığı danışıqlar dalana dirənib. Mənbə təcrübəli orta xətt oyunçusunun cari mövsümün sonunda İtaliya klubundan ayrılmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Xatırladaq ki, ötən mövsüm müxtəlif zədələr səbəbindən "Napoli"yə arzulanan səviyyədə kömək edə bilməyən Kevin ümumilikdə 21 matça çıxaraq 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, Belçika yığması ilə DÇ-2026-ya qatılıb. "Qırmızı şeytanlar" mundialıən 1/4 finalına qədər irəliləyib.
Nihat