
"Mançester Siti"də keçirdiyi bir mövsümdən sonra Səudiyyə Ərəbistanının "Əl-Qadsiya" klubuna transfer olunan Ticani Reynders verilən böyük pullarla bağlı səmimi açıqlama verib.
Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Asiyaya gedişini sırf maliyyə amilləri ilə əsaslandırıb.
Reynders müsahibəsində, "Futbolu bitirəndən sonra yenidən işləmək məcburiyyətində qalmaq istəmirəm, "Mançester Siti"də qazandığımla da buna ehtiyac yox idi, lakin bu transfer hətta nəvələrimin də gələcəyini tam zəmanət altına almağa imkan verir, buna görə də niyə imtina etməli idim ki?" sözləri ilə diqqət mərkəzinə düşüb.