İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi aparan "Liverpul" heyətini dünya səviyyəli yarımmüdafiəçi ilə gücləndirməyi planlaşdırır. Fanat.Az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin idman direktoru Yulian Vard "Real Madrid"in yarımmüdafiəçisi Orelien Tçuameninin xidmətində maraqlıdır. Fransalı futbolçu klubun transfer əməliyyatlarına rəhbərlik edən Vardın ilk əsas hədəflərindən biri kimi dəyərləndirilir. İspaniya nəhənginin ən vacib oyunçularından sayılan Tçuameni üçün ingilislərin yaxın vaxtlarda rəsmi təklif göndərəcəyi gözlənilir.
"Liverpul" "Real Madrid"in fransalı ulduzunu transfer siyahısına salıb
TREND
Tv Afişa
10:50
15.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Tv Afişa
11:10
17.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Futbol
00:26
11.11.2026
"Barselona"nın Bakı səfərinin təfərrüatları bəlli oldu
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun