
İspaniyanın "Real Madrid" və "Barselona" klubları Meksika futbolunun 17 yaşlı istedadı Gilberto Moranı diqqətlə izləyir.
Fanat.Az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, gənc futbolçu "Tixuana" ilə müqaviləsini yeniləsə də, sözləşməyə onun Avropaya gələcək transferini asanlaşdıracaq xüsusi bənd əlavə olunub.
Hər iki İspaniya giqantı gənc ulduzun meneceri Rafaela Pimenta ilə sıx əlaqələrə malikdir və bu amil ehtimal olunan keçidi daha da reallaşdırır.
Meksikalı yarımmüdafiəçinin Avropa nəhənglərinə transferinin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.