
İngiltərə Premyer Liqası təmsilçisi "Brayton"un hücumçusu Yankuba Minteh karyerasını "Liverpul"da davam etdirmək arzusundadır.
Fanat.Az Babukar Fallabovehə istinadən xəbər verir ki, mersisaydlılar yay transfer pəncərəsində 22 yaşlı vingerin keçid imkanlarını araşdırsa da, qarşı tərəfin 80 milyon sterlinq tələb etməsi səbəbindən anlaşma baş tutmamışdı.
Qambiyalı futbolçu və onun nümayəndələri transferin sentyabrın 1 də tamamlanacağına çox ümid etsələr də, tələb olunan yüksək məbləğ keçidə mane olmuşdu.
Buna baxmayaraq, gənc ulduz hələ də "Enfild"ə köçmək niyyətindən əl çəkməyib.