
İspaniyanın "Barselona" klubu Portuqaliyanın "Sportinq" komandasında çıxış edən sağ cinah müdafiəçisi İvan Fresnedanı izləməyə davam edir.
Fanat.Az "O Jogo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi gənc futbolçunu hələ Lissabon klubuna keçməmişdən əvvəl də diqqətdə saxlayırdı.
Baş məşqçi Rui Borxesin rəhbərliyi altında komandanın əsas heyət oyunçusuna çevrilən ispan müdafiəçi üçün "Sportinq" yeni müqavilə hazırlayır.
Yay transfer pəncərəsində "Roma"nın da maraq göstərdiyi futbolçunun Portuqaliyadakı sürətli yüksəlişi "Barselona" rəhbərliyinin diqqətini çəkib.