
İtaliyanın "Yuventus" klubu "Liverpul"un təcrübəli müdafiəçisi və kapitanı Vircil van Deyki heyətinə qatmaq imkanlarını dəyərləndirir.
Fanat.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi növbəti mövsümün sonunda müqaviləsi başa çatacaq 35 yaşlı niderlandlı futbolçunu azad agent kimi transfer etməyi planlaşdırır.
İtaliya klubunun rəhbərliyi gələcək keçid öncəsi təcrübəli stoperin fiziki formasını diqqətlə izləməyə başlayıb.
"Yuventus" rəhbərliyi Van Deyk variantını xüsusilə Qleyson Bremerin yayda satılacağı təqdirdə əsas alternativ kimi nəzərdən keçirir.