
İspaniya nəhəngi "Real Madrid" "Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allisteri yaxından izləməyə başlayıb.
Fanat.Az "Football Insider" portalına istinadən xəbər verir ki, Madrid təmsilçisi argentinalı ulduzu 2027-ci ilin yayında heyətinə qatmaq niyyətindədir.
Mersisayd klubunun futbolçu ilə yeni müqavilə imzalamaq istəmədiyi və tərəflərin ayrılığa müsbət yanaşdığı iddia edilir.
Cənubi amerikalı yarımmüdafiəçinin İngiltərə təmsilçisi ilə mövcud sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.