
"Bayern Münhen"in fransalı vingeri Maykl Olisenin gələcəyi Avropa futbolunun əsas müzakirə mövzularından birinə çevrilib.
Fanat.Az Almaniyanın məşhur BILD nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Liverpul" 24 yaşlı futbolçunu heyətinə qatmaq üçün mübarizəni əzmlə davam etdirir.
Olise Almaniya klubunda qalıb yeni müqavilə imzalayacağı, yoxsa komandadan ayrılacağı ilə bağlı hələ ki yekun qərarını verməyib. Lakin fransalı ulduz Münhen təmsilçisi ilə yeni sözləşmə bağlayacağı təqdirdə, müqaviləyə mütləq xüsusi sərbəstqalma maddəsinin (təzminat məbləği) daxil edilməsini kəskin şəkildə tələb edir.
Böyük klubların diqqət mərkəzində olan gənc ulduzun bu şərtindən sonra transfer prosesinin necə şəkillənəcəyi maraqla gözlənilir.