Alvaro Moratını satdıqdan sonra heyətinə yeni bir hücumçu qata bilməyən "Real" "Tottenhem"in gənc ulduzu Harri Keyndən vaz keçir. Fanat.Az xəbər verir ki, "Kral Klubu" nəyin bahasına olursa-olsun bu futbolçunu transfer etmək istəyir.
"Diario Gol"un iddiasına görə, "Real" Keynin qarşılığında 3 ulduzunu - Qaret Beyl, Kərim Benzema və Luka Modriçi "Tottenhem"ə təklif edəcək. Transfer reallaşsa, Beyl və Modriç keçmiş komandasına dönəcək.
Qeyd edək ki, "Real" bu 3 futbolçunun transferinə 166 milyon avro xərcləyib. Belə ki, "Kral Klubu" Beli "Tottenhem"dən 101, Modriçi 30, Benzemanı "Lion"dan 35 milyon avroya alıb. "Tottenhem"in yetirməsi olan 24 yaşlı Keynə isə "Transfermarkt" 60 milyon avro qiyiət qoyub.
Fanat.Az