"Qızıl top"a 30 namizəd arasında olan 7 "Real”ıdan biri - İsko AS qəzetinə diqqətçəkən açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, yarımmüdafiəçi səmimi etirafla gündəmə gəlib:
"Mənim üçün "Qızıl top”u qazanmaq real görünmür. Düzdü, namizədlər arasındayam, amma özümü şanslı saymıram. Heç ilk "üçlüy"ə düşəcəyimə də inanmıram. "Üçlük"də Modriçin və ya Ramosun adını görsəm, təəccüblənmərəm. Hər ikisi əla mövsüm keçirib. Məncə, mükafatı Ronaldo qazanmalıdı. O, buna layiqdi".
Qeyd edək ki, Madrid təmsilçisi "Qızıl top" uğrunda mübarizədə Kriştiano Ronaldo, İsko, Marselo, Kərim Benzema, Luka Modriç, Toni Kroos və Serxio Ramosla təmsil olunacaq.
Fanat.Az