Sabah Türkiyə Super Liqasında "Qalatasaray" - "Fənərbaxça" derbisi baş tutacaq. Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi İqor Tüdor derbidə futbolçularının imicinə xüsusi diqqət ayırıb.
Türkiyə və dünyada çox sayda insanın diqqətinin "Türk Telekom Arena"da olacağını bildirən xorvat mütəxəssis futbolçulara "Minlərlə insan sizi izləmək üçün stadiona gələcək. Milyonlarla insan televiziya başında olacaq. Hər kəs üzünü qırxsın. Ən yaraşıqlı halınızla meydanda olun. Öncə ürəkləri qazanın" deyib.
Fanat.Az