Arda Turan yenidən zədə alıb. Fanat.Az xəbər verir ki, türk futbolçu zədəsini yeniləyib.
Bu barədə "Barselona" açıqlama yayıb. Bildirilir ki, Arda Turan bir müddət əvvəl milli komandanın düşərgəsində sol ayağından aldığı zədəni yeniləyib. Futbolçunun nə vaxt sağalacağı açıqlanmayıb.
Qeyd edək ki, Arda Turan bu mövsüm "Barselona"nın heyətində heç bir rəsmi oyuna çıxmayıb.
Fanat.Az