"Bavariya”nın və Çili millisinin yarımmüdafiəçisi Arturo Vidal yenidən meydandan kənardakı davranışı ilə diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusubu Münhenin gecə klublarının birində dalaşıb. Belə ki, Vidalın qardaşı və dostları ilə birlikdə əyləndiyi məkanda dava-dalaş düşüb. Bir nəfər polisə şikayətində butulka ilə başına zərbə vurulduğunu söyləyib. Lakin o, bunu Vidalın və onunla birgə gələnlərin etmədiyini bildirib. Həmin şəxs futbolçu və əhatəsinin yalnız bundan sonra davaya qarışdığını vurğulayıb.
Hadisəni təsdiqləyən Münhen polisi istintaq başladıb. "Bavariya” tərəfi isə məsələyə heç bir rəsmi münasibət bildirməyib.
Fanat.Az