Səudiyyə Ərəbistanının Riyad, Cidde və Dammam şəhərlərindəki stadionlarda təşkil olunan idman fəaliyyətlərinə qadınlar da ailə olaraq girə biləcək.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının idman idarəsindən verilən açıqlamada həyata keçiriləcək tədbirlərlə 2018-ci ildən etibarən qadınların da stadionlara daxil ola biləcəyi bildirilib. Dəyişikliklər arasında restoran və kafelərin açılmsı və kameraların da qurulması yer alır. İndiyə qədər stadionlar sadəcə kişilərin daxil ola biləcəyi yerlər idi.
Bu qərar Səudiyyə Ərəbistanında qadınların azadlığı üçün son addım oldu. Ən son olaraq sentyabrdan etibarən qadınlara maşın sürmək icazəsi də verilmişdi. Belə qadağanın olduğu yeganə ölkədə qadınlar illərdi buna etirazlarını bildirirdilər. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammed ibn Salmanın ölkəni müasirləşdirmə arzusu bu dəyişikliklərin arxasında yatır. YAxın gələcəkdə konsert və kinoteatrların da təkrar başlanması gözlənilir.
Fanat.Az