"Atletiko"da klub rəhbərliyi ilə futbolçu arasında münaqişə yaşanıb. Fanat.Az xəbər verir ki, Yannik Karrasko və klub rəhbərliyi arasında gərginlik yaranıb.
"AS" qəzeti yazır ki, belçikalı yarımmüdafiəçi zədəsini evində müalicə etdirmək istəyib. Rəhbərlik isə zədəsini Belçikada yox, klubun bazasında müalicə etdirməyi tələb edib. Bu səbəbdən də tərəflər arasında gərginlik yaranıb. Yannik Karrasko bunu özünə qarşı qərəz hesab edir.
Qeyd edək ki, Yannik Karrasko sonuncu dəfə Çempionlar Liqasının Bakıda baş tutan "Qarabağ" - "Atletiko" matçında meydana çıxıb. Futbolçunun həmin görüşdə əvəzlənməsi zamanı ləng hərəkəti baş məşqçi Dieqo Simeonenin xoşuna gəlməyiğ və ona irad bildirib.
Onu da qeyd edək ki, "Qarabağ" "Atletiko" ilə hər iki oyunda heç-heçə edib - 0:0, 1:1.
Fanat.Az