"Real" "Milan"ın gənc futbolçusuna elçi düşüb. Fanat.Az xəbər verir ki, "Kral" klubu 23 yaşlı Susonu heyətinə qatmaq istəyir.
Bildirilir ki, "Real" ispan hücumçunun müqaviləsindəki sərbəst qalma maddəsindən yararlanmaq niyyətindədi. Həmin maddəyə əsasən ispanlar 40 milyon avro ödəyərək Susonu Madridə apara bilərlər.
Qeyd edək ki, tam adı Xesus Joaquin Fernandez Saez de la Torre olan futbolçu 2014-cü ildə "Liverpul"dan "Milan"a 1,3 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiyiət qoyub.
Fanat.Az